Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

AYNA taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib

03.04.2024 15:05 1 884
AYNA taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib
Azərbaycanda taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin hansı qaydada tətbiq ediləcəyinə aydınlıq gətirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər avtomobil 2010-cu il istehsalıdırsa, o halda bu il iyulun 1-dək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınmalıdır.

Belə olan halda, bir ildən - yəni avtomobilin yaşının 15 ili tamamlanmasından sonra həmin nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.

Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.

Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı isə 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.скачать dle 11.3
Mojo.az Banner