Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni deputat: “Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır”

26.03.2024 18:32 1 311
Erməni deputat: “Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır”
“Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil”.

Bunu Ermənistan mətbuatına açıqlamasında hakim partiyadan olan deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən deyib.

“Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib, sağlığımıza içirdik.

İndi də İrəvandan Voskepara, (Əskipara - red.) bu kəndlilərə deyirsiz ki, əl çəkməsinlər. Lakin orada döyüş başlayanda İrəvandan ora heç kim gəlməyəcək. Ona görə də Voskeparda hər bir kənd sakini bilməlidir ki, dövlət var, ordu var, dövlət maraqları var və dövlət sərhədi olmalıdır ki, heç bir tərəf onu pozmasın”, - deyə deputat bildirib.скачать dle 11.3
Mojo.az Banner