Mojo.az Banner
15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

19.03.2024 11:50 1 533
Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü
Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Telegraf.com-un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, 2004-cü ildə Dilarə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub, birgə nikahdan bir oğlu var.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2023-cü ildə evdə olan zaman Bakı şəhərində yaşayan dayısı oğlu Əli arvadı Nərminə ilə birlikdə qohumlarının yas mərasimində iştirak etmək üçün onlara gəliblər:

“Yas yeri uzaq olduğuna görə yeznəm Cavidə zəng vurub öz maşını ilə bizə gəlməsini xahiş etdim. Təxminən bir saat sonra Cavid “Mercedes Benz” markalı avtomobili ilə bizə gəldi. Birlikdə yas mərasiminə getdik. Təxminən yarım saat sonra qayıtmağa qərar verdik. Bu dəfə Əlinin hazırda adını unutduğum baldızı da bizimlə gəldi. Yas mərasiminə getməzdən öncə həyətdən qaz kəsib Dilarəyə verdim ki, təmizləsin. Qaz ətindən kabab bişirərək qonaqlarla birlikdə yedik”.

Əfqan bildirib ki, həmin gün, təxminən saat 14 radələrində qonaqlar gediblər:

“Axşam saatlarında Dilarəyə irad tutdum ki, bəs sən gördün, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin. Sözlərim Dilarənin xətrinə dəydi, danışıb gileylənməyə başladı. Mübahisə zamanı Dilarəni döymədim”.

O, sentyabrın 24-ü saat 20 radələrində həmin mübahisəyə görə valideyinlərinin evinə getmək istəyən Dilarədən dəfələrlə getməməyini tələb edib.

Qadın həyat yoldaşının sözlərinə əhəmiyyət verməyib. Əfqan Dilarənin ata-anasının evinə getməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib. O, qəzəblənərək arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evin mətbəxindən bıçağı götürərək piyada Dilarənin valideyinlərinin evinə gəlib. Darvazanın içəridən bağlı olduğunu gördükdə dəmir çəpərdən aşmaqla evin həyətinə daxil olub.

Daha sonra evin qapısının açıq olduğunu görüb və içəriyə girib. Dilarənin olduğu otağa keçərək onun divanda oturduğunu görüb. Dilarəyə yaxınlaşaraq ondan yaşadıqları evə qayıtmasını tələb edib. Dilarə təkidlə yaşadıqları evə qayıtmayacağını və boşanacağını bildirdikdən sonra onu öldürmək qərarını qətiləşdirib.

Əfqan özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Dilarənin döş qəfəsinin sol hissəsinə zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 10 il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner