Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Badamın bilmədiyiniz faydaları

07.03.2024 15:24 1 842
Badamın bilmədiyiniz faydaları
Cənubi Avstraliya Universitetinin alimləri badamın artıq çəki ilə mübarizədə təsirli olduğunu müəyyən ediblər. Bu qida həmçinin aclığı idarə etməyə kömək edir və ürək sağlamlığını yaxşılaşdırır.

Araşdırmanın nəticələri "Obesity" jurnalında dərc olunub.

Təcrübədə 25-65 yaş arası 106 artıq çəkidən əziyyət çəkən şəxs iştirak edib.Tədqiqatçılar onları iki qrupa ayırıblar. Doqquz ay ərzində hər iki qrup üç aylıq kalori məhdudlaşdırılmış pəhrizdən sonra altı aylıq çəki saxlama pəhrizini əhatə edən xüsusi qidalanma proqramını izlədi.

Birinci qrupdakı iştirakçılar yeməklər arasında qəlyanaltı kimi yüksək karbohidratlı krekerlər və ya müsli, ikinci qrup isə badam yeyib.

Təcrübənin sonunda məlum oldu ki, hər iki qəlyanaltı növü ilkin göstərici ilə müqayisədə iştirakçıların çəkisinin təxminən 9,3% azalmasına səbəb olub.

Bununla belə, badam istehlak edən iştirakçıların daha yüksək kardiometabolik sağlamlıq göstəriciləri olduğu aşkar edilmişdir.Pəhriz boyunca özlərini tox hiss ediblər.

Alimlər bu nəticələri badamın tərkibində xeyli miqdarda doymamış yağ olması ilə izah ediblər.
//Baku.ws

Son xəbərlər