Mojo.az Banner
SON DƏQİQƏ
17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Antidepresant qəbul edən insanın nə qədər kökələcəyi öyrənilib

28.02.2025 12:15 645
Antidepresant qəbul edən insanın nə qədər kökələcəyi öyrənilib
Antidepressantlarla müalicə alan insanlarda çəki orta hesabla 2% artır.

Bu barədə İspaniyanın "Del Mar" Xəstəxanasının Tibbi Tədqiqat İnstitutunun (IMIM) alimləri bəyan ediblər. Onların tədqiqatlarının nəticələri "Frontiers in Psychiatry" jurnalında dərc olunub.

Tədqiqatda 18-65 yaş arası 3 127 yetkin insan iştirak edib. Onlardan 5.1 faizi tədqiqatın bütün dövrü ərzində antidepressant qəbul edib, 6.2 faizi tədqiqata daxil edildikdən sonra müəyyən bir məqamda qəbul etməyə başlayıb, 5.1 faizi isə tədqiqatın əvvəlində qəbul edib, lakin sonradan dayandırıb.

Altıillik müşahidə dövründə bütün iştirakçılar artıq çəki qazanıblar. Ən çox çəki artımı antidepressant qəbul edənlərdə müşahidə olunub.

"Antidepressant qəbul edən bütün insanlarda çəki artımı və piylənmə riski yüksəlir," - deyə alimlər bildirib.

Hesablamalara görə, müşahidənin əvvəlində antidepressant qəbul edib sonradan dayandıran iştirakçıların çəkisi, heç vaxt antidepressant qəbul etməyənlərlə müqayisədə 1,8% artıb.

Tədqiqat zamanı antidepressant qəbuluna başlayanlar və bütün tədqiqat boyu qəbul etməyə davam edənlər isə 2% daha çox çəki qazanıb. Üstəlik, sonuncu qrupda piylənmə riski iki dəfə artıb.

Tədqiqatçılar qeyd ediblər ki, antidepressant qəbulu ilə çəki artımı arasındakı əlaqə yaş, cins, sosial-iqtisadi vəziyyət, həyat tərzi və depressiya əlamətlərinin intensivliyindən asılı olmayaraq sabit qalıb.
//oxu.azскачать dle 11.3

Son xəbərlər