Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Metsamor AES İğdırı zəhərləyir

04.03.2024 22:19 1 377
Metsamor AES İğdırı zəhərləyir
İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam edir.

Bu barədə İhlas Xəbər Agentliyinin materialında bildirilir.

Vurğulanır ki, İğdırın 16 kilometrliyində yerləşən Metsamor AES istismar müddəti başa çatsa da, bağlanmayıb. Onun zəlzələ xəttində yerləşdiyini bilən rayon sakinləri aidiyyəti qurumlardan kömək istəyiblər. İğdırlılar bildirirlər ki, AES-dən çıxan tüstü belə, onlara, bölgənin coğrafiyasına, burada yaşayan hər bir canlıya zərər verir.

Metsamorun “sancağı çəkilmiş bomba” olduğunu bildirən İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal bəyan edib ki, İğdır yaxınlığında yerləşən AES ən qısa zamanda bağlanmalıdır.

“Çünki o, köhnəlmiş sistemlə hazırlanıb. Köhnə sistem olduğundan onun soyudulması Araz çayı vasitəsilə aparılır. Bundan əlavə, onun uranı Rusiyadan təyyarə ilə gətirilir. Lakin Metsamorun ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir. Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdi. Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb. O zaman radiasiyadan İğdır da təsirlənmişdi. Bunun zərərini indi də görürük. Qadınlar hamilə qala bilmir, heyvanlar şikəst balalar dünyaya gətirir, ağaclar quruyur. Bu gün Metsamor Atom Elektrik Stansiyasının ətrafında gəzsəniz görəcəksiniz ki, təbiət dəyişib, yaşıllıqlar yoxa çıxıb. Odur ki, bu AES Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükədir. Biz bütün Avropa İttifaqını, ABŞ-ni və bütün fəalları bu elektrik stansiyasını bağlamaq üçün bizə dəstək olmağa çağırırıq”, - deyə Ünsal bildirib.

Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onu 2 nömrəli reaktoru yenidən işə salınıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.скачать dle 11.3
Mojo.az Banner