Mojo.az Banner
23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |     21:53 WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək  |     21:51 “Navai” Moskvada qəzaya düşdü  |     21:27 Anası o uşaqdan imtina etdi  |     21:16 Bu şəxslərin maaşı 35 faiz artıb  |     20:51 Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     20:46 Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb  |     20:40 Məxfurə Hüseynovanın meyiti tapıldı  |     20:32 Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ  |     20:14 Cəlilabadda gənc müəllim dünyasını dəyişdi  |     20:07 Övladı yeni hərbi xidmətə getmişdi... - Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu  |     19:57 Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ  |     19:56 CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır  |    
Left Banner
Right Banner

Daha günlər 24 yox, 18 saatdır - Maraqlı iddia

02.03.2024 22:16 1 986
Daha günlər 24 yox, 18 saatdır - Maraqlı iddia
Son zamanlar hamı vaxtın sanki daha sürətlə uçmasından gileylənir. Bəzi araşdırmaçılara görə, daha günlər 24 yox, 18 saat davam edir.

Lent.az zamanın qısalması iddiaları ilə bağlı aparılmış araşdırmalardan bəhs edir.

Gecələrini ibadətlə keçirən Tibet rahibləri monastır nizamnaməsinə görə müəyyən vaxt ərzində müəyyən sayda dua oxumalıdırlar. Əvvəllər rahiblərin gecələr müəyyən sayda dua oxumağa və hətta dincəlməyə vaxtları var idisə, indi eyni sayda duanı səhərə qədər oxuyub bitirə bilmirlər. Üstəlik onlar bildiriblər ki, əsrlər boyu monastrda işlədilən bir günlük yağ lampalarının içərisindəki yağlar indi artıq qalır. Çünki 24 saat üçün nəzərdə tutulmuş yağlar indi 18 saat istifadə olunur. Bu din insanlarının iddiasıdır. Bəs elm adamları nə deyirlər?

Planetimizin fiziki vaxtı həqiqətən də sürətlənib. Əvvəllər Yerin həmişə eyni sürətlə fırlandığını düşünürdük, amma məlum oldu ki, bu belə deyil. Yer kürəsi daha sürətli fırlanmağa başlaya bilər və bu, zamanın keçməsini sürətləndirir.

Brüssel Universitetinin alimləri iddia edirlər ki, gün 16 saata qədər azalıb. Onların fikrincə, Yer yaşadığı müddətdə gün həmişə 24 saat olmayıb. O gah daha çox, gah daha qısa hala gəlib. Bu Yer kürəsinin öz oxu ətrafında fırlanması ilə əlaqəli prosesdir.

Yerin canlı orqanizm kimi nəbzi vurur. Buna Şumann rezonansı da deyilir. Bu kəşf XX əsrin ortalarında edilib. Onda yerin nəbzi dəqiqədə 7- 8 arasında dəyişirdi. 80-ci illərdə nəbzin vuruşu artmağa başlayıb. İndi Yerin nəbzi dəqiqədə 13 dəfə vurur. Bu nəbz məkanı və vaxtı dəyişib, yer daha sürətlə fırlanmağa başlayıb. İnsan orqanizmi də buna reaksiya verir. İnsanlar daha tez-tez xəstələnməyə başlayıblar. Çox vaxt belə dövrlərdə elmə məlum olmayan yeni xəstəliklər başlayır.

Mütəxəssislər günün qısalmasına yerin nüvəsinin yerdəyişməsinin səbəb olduğuna inanırlar. Çox vaxt güclü zəlzələlərdən sonra elm adamları Yerin oxunda yerdəyişmə müşahidə edirlər. Belə ki, Yaponiyada baş verən zəlzələdən sonra ox 15 sm yer dəyişib. NASA-nın Kaliforniya reaktiv hərəkəti laboratoriyasının alimlərinin fikrincə, bu, günün 1,6 mikrosaniyə qısalmasına səbəb olub.
Bəzi fiziklər isə hesab edirlər ki, biz Kvant sıçrayışına hazırlaşırıq.

Tədqiqatçılar həyəcanverici proqnozlar verirlər - Yerin sürətlənməsi və günün qısalması öz-özünə baş vermir. Zamanın sürətlənməsi qarşıdan gələn planet dəyişikliklərinin əsas əlamətidir. Planet yeni dövrə qədəm qoyur, Kvant sıçrayışı etməyə hazırlaşır. Mütəxəssislər bu prosesin artıq başladığını və yaxın illərdə daha da genişlənəcəyini bildirirlər. Bəs nə gözlənilir?

Fiziki səviyyədə hər şey tamamilə dəyişir. Alimlərin fikrinə görə, insanlar getdikcə daha erkən qocalacaqlar. Naməlum səbəblərdən bədənin hüceyrələri yaşlı insanlarda olduğu kimi nəmi qoruya bilmir, tez qırışır. Bu gün bir çox insanlar aktiv ruhani inkişaf yaşayırlar. Ezoteriklərin fikrincə insanlıq öz yeni mərhələsinə qədəm qoyur. Yeni varlıq formalarını kəşf edəcək, zamandan və məkandan kənar yaşamı kəşf edəcəyik. Bunu möminlər “axir zaman”, qiyamət əlaməti kimi dəyərləndirsə də, bəzi mütəxəssislər yerin öz qış dövrünü, növbəti fəlakətlər erasının başladığını bildirirlər. 2026-cı ildə yer öz növbəti mərhələsinə qədəm qoyacaq. Fəlakət və dağıntılardan sağ çıxanlar daha əvvəlki kimi yaşaya bilməyəcəklər.скачать dle 11.3
Mojo.az Banner