Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

28.02.2024 18:55 1 572
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Sizin rəhbərliyinizlə bundan sonra da möhkəmləndirilməsi istiqamətində Kubanın qətiyyətli mövqeyini bir daha ifadə edirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

* * * * *

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.


President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz genişlənmişdir. Son dövrlərdə enerji, infrastruktur, səhiyyə, “ağıllı kənd” və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən xüsusilə böyük məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcəkdir.

Sizə cansağlığı, Azərbaycan Respublikasına daimi inkişaf arzu edirəm”.

Son xəbərlər