Mojo.az Banner
21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

27.02.2024 11:55 2 241
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
Mozambik Respublikasının Prezidenti Filipe Jasinto Nyusi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“2024-cü il fevralın 7-də Qarabağ regionu da daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilmiş prezident seçkilərini böyük maraqla izlədik. Mozambik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Bu qələbəniz öz ölkəsinin iqtisadi, sosial-mədəni sahələrdə inkişafına şahid olan Azərbaycan xalqının iradəsinin, həmçinin onun davamlı rifahla bağlı arzularını həyata keçirmək üçün Sizin bütün keyfiyyətlərə malik olduğunuza inamının ifadəsidir.

Fürsətdən istifadə edərək Mozambik Respublikasının Azərbaycan Respublikası ilə qardaş xalqlarımızın maraqları və rifahı naminə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qətiyyətli olduğunu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm”.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi də dövlətimizin başçısına təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında əməkdaşlıq çox yüksək qiymətləndirilir. Mən fürsətdən istifadə edərək, Ali Komissarlığın regionda köçkünlərlə bağlı məsələlərin həllində Azərbaycan Hökumətinin səylərini dəstəkləməkdə davam edəcəyini bildirirəm.

Eyni zamanda, yeni prezidentliyiniz dönəmində də əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin”.

* * * * *

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.скачать dle 11.3
Mojo.az Banner