Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya telekanalında Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı süjet - VİDEO

12.02.2024 16:18 3 261
Rusiya telekanalında Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı süjet - VİDEO
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. İlk dəfə olaraq, seçki respublikanın bütün ərazisində, o cümlədən 2023-cü ilin sentyabrında nəzarətin bərpa edildiyi Qarabağda baş tutdu.

Rusiyanın “360” telekanalının müxbiri Eldar Rəhimov Bakıda olub və səsvermənin necə keçirildiyi barədə süjet hazırlayıb.

O, küləklər şəhəri Bakını təkcə Azərbaycanın paytaxtı deyil, həm də bütün Cənubi Qafqazın ən böyük sənaye, iqtisadi və turizm mərkəzi adlandırıb.

“Bu gün şəhərin küçələrində sıxlıq müşahidə olunmur. Əslində, belə bir vəziyyət bu yerlər üçün qeyri-adi haldır, ancaq bu gün ölkədə prezident seçkiləri keçirilir, insanlar seçki məntəqələrində səs verirlər. Bu, azərbaycanlılar üçün tarixi gündür”, - deyə jurnalist bildirib.

Süjetdə 30 ildə ilk dəfə dövlət başçısını bütün Azərbaycanın seçdiyi vurğulanıb, işğaldan azad edilən Qarabağda 26 seçki məntəqəsinin açıldığı qeyd olunub.

“Burada, Qarabağda respublikanın hazırkı Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə səs verdi. Növbədənkənar seçkinin keçirilməsinin əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünün bərpası olub”, - deyə E.Rəhimov bildirib.

Reportajda o da vurğulanıb ki, hətta seçki yarışı zamanı bütün ekspertlər yekdilliklə Bakının Qarabağa nəzarəti bərpa etməsindən sonra populyarlığı pik həddinə çatan İlham Əliyevi favorit kimi tanıyıblar. Bunun təsdiqi kimi seçki məntəqələrinə gələn azərbaycanlıların sözləri təqdim olunub.

Ətraflı süjetdə:
скачать dle 11.3
Mojo.az Banner