Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü TUTULDU

08.02.2024 13:30 945
Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü TUTULDU
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “saxla” işarəsi verilən “KamAZ” markalı, 77-CF-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Mərhəmət Babayev polisin qanuni tələbinə tabe olmayaraq, hərəkətini davam etdirib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində avtomobil saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Mərhəmət Babayev nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiyinə, həmin inzibati xətanı il ərzində təkrar törətdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edildiyinə görə polisin qanuni tələbinə tabe olmayaraq, yayınmağa çalışıb və qanunazid əməllərini davam etdirib.

Bununla bağlı sürücü barəsində inzibati qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mərhəmət Babayev inzibati qaydada həbs edilib.

Son xəbərlər