Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - YENİLƏNİB + FOTO/VİDEO

21.12.2020 17:25 924
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - YENİLƏNİB + FOTO/VİDEO
Sosial şəbəkələrdə polisin qanuni tələblərini yerinə yetirməyən “KamAz” sürücüsü ilə bağlı tədbir görülüb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, həqiqətən, dekabrın 18-də, saat 21:00 radələrində Xətai rayonu, Nobel prosoekti ilə hərəkətdə olan “KamAz” markalı, 10 HZ 667 dövlət nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “Saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib.

Buna baxmayaraq, polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq, gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb.

Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə təhvil verilib.

Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb.


* * * * *

Polisin qanuni əmrinə tabe olmayan “KamAz” sürücülərə təhlükə törədib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Daxili İşlər Nazirliyinin post-patrul xidməti yolda avtomobillərin hərəkətinə mane olan “KamAz” markalı yük maşınına “Saxla” əmri versə də, ağır tonnajlı avtomobilin sürücüsü polislərin bu əmrinə tabe olmayıb.

Sürücü qarşı yola keçərək hərəkətini davam etdirib.


скачать dle 11.3
Mojo.az Banner