Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb |
Mojo.az Avto
Mojo.az Avto

Oğurladığı avtomobillə polisdən qaçan sürücü qəza törətdi

10.05.2021 14:44 1 119
Oğurladığı avtomobillə polisdən qaçan sürücü qəza törətdi
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus "Opel” markalı avtomobilin mayın 5-də F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Sürücü polis əməkdaşlarının "Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayırıcısına vurub və maşından düşüb qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər