Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu | 20:48 Arıqlama iynələri sizi tez qocaldacaq |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda vəzifəli qadının əkizlərini döyən dayə həbs edildi - FOTO

07.02.2024 14:50 1 524
Bakıda vəzifəli qadının əkizlərini döyən dayə həbs edildi - FOTO
Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı uşaqlarına dayəlik edib. Əkzilərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlra fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.


Afaq Əhmədpaşayeva

Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00.30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib.
Buna görə uşaqların anasından üzür istədiyini deyib.

Məhkəmənin hökmü ilə, qəddar dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva "AVİS tibbi mağazalar şəbəkəsi”nin İnsan resursları şöbəsinin müdiridir.

Son xəbərlər