Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Yunan fermerlər traktorlarla Afinaya getməyə qərar verib

06.02.2024 21:20 1 554
Yunan fermerlər traktorlarla Afinaya getməyə qərar verib
Yunan fermerlər təbii fəlakətlər nəticəsində zeytun ağaclarını itirdiklərinə görə təzminat almaq, kənd təsərrüfatı üçün aşağı elektrik enerjisi tarifləri əldə etmək və yanacağı daha ucuz almaq üçün gələn həftə traktorlarla paytaxt Afinaya getməyə qərar veriblər.

Median.Az 
xəbər verir ki, bu barədə Yunanıstanın “newsit.gr” informasiya portalı məlumat yayıb.

Məlumata görə, yolları bağlamaq və paytaxta traktorlarla gedib orada mitinq keçirmək qərarı Nikea şəhərində baş tutan ümumyunan fermerlər toplantısında qəbul edilib. Fermerlər çərşənbə günündən etibarən etirazlarını gücləndirmək və bir çox yerlərdə milli və regional yolları bağlamaq qərarına gəliblər. Hökumətin mövcud problemlərin müzakirəsinə başlaması və gələcək tədbirləri müəyyən etməsi üçün altı əsas tələbdən ibarət siyahı tərtib edilib.

Fermerlər kənd təsərrüfatı texnikası üçün vergisiz yanacaq, aşağı elektrik enerjisi tarifləri, təchizat və heyvan yemi üçün subsidiyalar, hökumətin Aİ-nin yeni kənd təsərrüfatı siyasətini həyata keçirməkdən və onunla bağlı danışıqlar aparmaqdan imtina etməsini, təbii fəlakətlər nəticəsində itirilmiş gəlirlərin 100% kompensasiyasını, xaricdən gətirilən məhsullar yunan məhsulu adı altında qeyri-qanuni satılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edirlər.

Öz növbəsində, Yunanıstan hökumətindən fermerlərlə dialoqun onların magistral yolları bağladıqları şəraitdə baş tuta bilməsinin qeyri-mümkünlüyü bildirilib. Bununla belə, kənd təsərrüfatı naziri Lefteris Avgenakis real qərarlar qəbul etmək üçün fermerləri müzakirəyə dəvət edib.

Xatırladaq ki, əvvəlki günlərdə fermerlər yalnız Yunanıstanın şimalında və Peloponnes yarımadasında yolları bağlayıb, həmçinin “Agrotica” kənd təsərrüfatı sərgisinin keçirildiyi Saloniki Beynəlxalq Sərgi Mərkəzinin ərazisində öz traktorları ilə etiraz aksiyası keçiriblər.//report.az

Son xəbərlər