Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Məşhur axtarış sistemi fantastik qiymətə satıldı

05.02.2024 16:03 1 917
Məşhur axtarış sistemi fantastik qiymətə satıldı
“Yandex” axtarış sistemi şirkəti restrukturizasiya barədə elan edib. Belə ki, Niderlandın “Yandex N.V.” şirkəti biznesini 475 milyard rubla (8,8 milyard manat) investorlar konsorsiumuna satacaq və ana şirkət olmaqdan çıxacaq.

Eyni zamanda, menecer komandası xüsusi səhmdar hüquqları əldə edəcək və şirkəti idarə etməyə davam edəcək.

Qrupun yeni ana şirkəti Rusiyanın Kalininqrad vilayətində qeydiyyatdan keçmiş “Yandex” olacaq.

Şirkətin əsas sahibi “Yandex” menecerlərinin başçılıq etdiyi “Konsorsium.Pervıy”, habelə “Leta Capital” vençur fondunun təsisçisi Aleksandr Çaçavanın, “Infinitum” depozitarının rəhbəri Pavel Prassın, LUKOIL qrupunun və sahibkar Aleksandr Ryazanovun strukturları olacaq.

Mövcud idarəetmə komandası qrupun əhəmiyyətli yenidən təşkili, büdcənin təsdiqi, iri əməliyyatların təsdiqi və Nizamnaməyə dəyişikliklər kimi əsas qərarların qəbulu üçün xüsusi səhmdar hüquqları əldə edəcək. Bu məqsədlə “Menecerlər Fondu” dövlət qeydiyyatına alınıb.

Artyom Savinovski “Yandex”in baş direktoru olaraq qalacaq; şirkət İsraildə yaradılmış “Nebius”, “Toloka”, “Avride” və “TripleTen” startapları, həmçinin Finlandiyada data mərkəzi istisna olmaqla “Yandex N.V.” qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.

“Yandex restrukturizasiyadan sonra özəl, müstəqil və ictimai şirkət olaraq qalacaq”, - bəyanatda deyilir.

Mənbə: Lenta.ru

Son xəbərlər