Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada yaşayan miqrantlara əsgərlik “sürprizi” hazırlanır

02.02.2024 22:09 2 037
Rusiyada yaşayan miqrantlara əsgərlik “sürprizi” hazırlanır
Rusiyada ölkə pasportu almış miqrantlar üçün hərbi xidmətə çağırış 50 yaşa qədər artırıla bilər.

Bu barədə Dövlət Dumasına deputatlar Aleksey Juravlyov, Aleksandr Boroday və Mixail Şeremet tərəfindən qanun layihəsi təklif edilib.

Onların sözlərinə görə, əcnəbilər xüsusi olaraq “yaş həddi çatana” (hazırda 30 yaş) qədər gözləyirlər və yalnız bundan sonra vətəndaş olurlar.

Müəlliflər Daxili İşlər Nazirliyinin statistik məlumatlara istinadla bildiriblər ki, ötən ilin yanvar-oktyabr aylarında 318 mindən çox əcnəbi Rusiya vətəndaşı olub.

Xatırladaq ki, bundan əvvəl də Rusiyada işləyən əcnəbilər üçün yeni öhdəliklər qüvvəyə minib. Belə ki, 2024-cü il yanvarın yeddisindən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər.

Mənbə: RBK.ru

Son xəbərlər