Mojo.az Banner
SON DƏQİQƏ
16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya miqrantlar üçün xəstəlik vərəqələrinin alınması şərtlərini sərtləşdirir

23.06.2025 12:14 1 344
Rusiya miqrantlar üçün xəstəlik vərəqələrinin alınması şərtlərini sərtləşdirir
Rusiyada çalışan əcnəbi vətəndaşlar yalnız altı aydan az olmayaraq sığorta stajına malik olduqları halda pullu xəstəlik vərəqəsi almaq hüququna sahib ola biləcəklər.

Bu məsələ Rusiya Dövlət Dumasına təqdim olunacaq yeni qanun layihəsində nəzərdə tutulur.

Dövlət Dumasının Əmək, sosial siyasət və veteran işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov bildirib ki, Rusiya ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti əmək qabiliyyətsizliyə görə müavinətləri yalnız işəgötürən tərəfindən onlar üçün ən azı altı ay əvvəlindən sığorta haqları ödənilmişdirsə, ala biləcəklər.

"Hazırkı qanunvericiliyə əsasən, Rusiyada işləyən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bizim sosial fondumuzda sığortalanmalıdırlar. Lakin müvəqqəti yaşayış icazəsi olan şəxslər, eləcə də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin vətəndaşları Rusiya vətəndaşları ilə eyni şərtlərlə sosial sığortaya malikdirlər. Bu isə sosial fondun büdcəsinə əlavə yük yaradır. Təqdim etdiyimiz qanun layihəsi bu yükü optimallaşdırmaq məqsədi daşıyır", - deyə o vurğulayıb.

Bundan əlavə, qanun layihəsində qeyd olunub ki, minimum birillik sığorta stajı olan şəxslər üçün analıq və doğuşa görə müavinət almaq hüququ qüvvədə qalacaq.

Yeni məhdudiyyətlər digər ölkələrdən olan yüksəkixtisaslı mütəxəssislərə və Belarus vətəndaşlarına şamil edilməyəcək.скачать dle 11.3

Son xəbərlər