Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Rimas Kurtinaytis: “Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”

02.02.2024 20:59 1 677
Rimas Kurtinaytis: “Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”
“Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”.

Bunu “Sabah” klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi”yə 96:71 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis yenidən Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib: “Məşqçi karyeramda böyük fasilə yaranmışdı. “Sabah”dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib”.

63 yaşlı çalışdırıcı keçmiş yetirmələrindən bəzilərinin hələ də oynamasına sevindiyini söyləyib: “Fuad Niftəliyev və Zaur Paşayevin hələ də karyeralarını davam etdirdiklərini görməkdən şadam. Mən özüm 41 yaşımda karyeramı başa vurmuşam. Bu cür basketbolçularla yenidən birlikdə çalışmaqdan məmnunam”.

Rimas Kurtinaytis Azərbaycan basketbolunun inkişafına töhfə verməyə çalışacağını sözlərinə əlavə edib: “İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir. Yalnız azarkeş sayının azlığına təəssüflənirəm. “Qala”nın dönəmində oyunlara daha çox tamaşaçı gəlirdi. Düşünürəm ki, azarkeşləri tribunalara cəlb etməyin üzərində çalışmalıyıq”.

O, sabiq yetirməsi Tahir Baxşıyevin Azərbaycan millisinin baş məşqçisi olmasına da münasibət bildirib: “Tahirlə noyabrda Litvada görüşmüşdüm. Onun millinin baş məşqçisi olmasına şadam. Yaxşı məşqçi olub-olmayacağını isə zaman göstərəcək”.

“Sabah”ın baş məşqçisi komandanın gələcək hədəflərindən də bəhs edib: “Avrokuboklarda hədəf daha yüksək olmalıdır. Çempionlar Liqasında iştirak etmək istəyirik. FİBA Avropa Liqasına hörmətsizlik kimi çıxmasın, Çempionlar Liqası daha nüfuzlu turnirdir”.

Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan milli komandasının və “Qala” klubunun baş məşqçisi olub.

Son xəbərlər