Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın məşhur sənətçisi vəfat etdi - FOTO

31.01.2024 12:41 2 667
Azərbaycanın məşhur sənətçisi vəfat etdi - FOTO
Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov ötən gecə 69 yaşında dünyasını dəyişib.

Milli.az xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək çatışmazlığı və hipertoniyadan əziyyət çəkirdi.

Eldar Əliabbas oğlu Qafarov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.

1983-cü ildə Yuli Qusmanın teatrında, 1984-89-cu illərdə Rəşid Behbudov adına Mahnı Teatrında, 1990-2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın kollektivində fəaliyyət göstərib.

Müxtəlif illərdə Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücəddinov, Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif Süleymanbəyli, İlqar Muradov, İlqar Xəyal kimi sənətkarlarla əməkdaşlıq edib.

Salman Qəmbərovun “Bakustik Jazz” və “Lətif” layihələrinin iştirakçısı olub.

Almaniya, Fransa, İsveçrə, Monqolustan, Argentina, Avstriya, Ukraynada keçirilən musiqi festivallarında iştirak edib.

Son vaxtlar “AzTV”nin estrada ansamblında və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllim işləyirdi.

Son xəbərlər