Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

İrandan “Instagram” vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxundu

02.01.2024 18:44 1 818
İrandan “Instagram” vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxundu
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Əliyevə hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, İ.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı müəyyən edilib ki, 1995-ci il təvəllüdlü İsmayıl Əliyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub. O, “Instagram” sosial şəbəkəsi vasitəsilə narkotik vasitələrin internet üzərindən satışını həyata keçirən İran vətəndaşı, adını “İlyas” kimi təqdim edən şəxslə tanış olub.

Narkotik vasitələrin istifadəçisi olduğunu bildiyi üçün İlyas ona “işləmək” təklif edib. Həmin “İlyas” adlı şəxs onunla əlaqə saxlayıb külli miqdarda narkotik vasitə olan heroin göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlamasını və sonradan deyəcəyi vaxtda narkotik vasitələri nişan verəcəyi ərazidə yerləşdirərək həmin yerin şəkillərini çəkib göndərməsini, bunun müqabilində isə ona 500 manat pul verəcəyini bildirib.

Beləliklə, o, bu ilin yanvarında axşam saatlarında Qaradağ rayonu, Bakı-Qazax avtomobil yolunun 28-ci kilometrliyinə gedib, orada İran İslam Respublikasının vətəndaşı “İlyas” adlı şəxsin və qeyrilərinin göndərdiyi külli miqdarda - 13 kq 68,8 qram çəkidə narkotik vasitə olan heroini bir ədəd sintetik kisədə gizlədildiyi yerdən götürüb qanunsuz olaraq üzərində saxlayaraq daşıyıb.

İ.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, elə həmin gün saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 13 kq 68,8 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər