Mojo.az Banner
Left Banner
Right Banner

12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılmasına dövlət qurumlarından REAKSİYA

29.12.2023 15:49 1 179
12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılmasına dövlət qurumlarından REAKSİYA
Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı Q. E. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir:

“Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir. Onu da qeyd edirik ki, məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına aidiyyəti üzrə məlumat verib”.скачать dle 11.3
Mojo.az Banner