Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynalıların yarıdan çoxu qısa müddətdə müharibədə qalib gələcəklərinə inanır

27.12.2023 19:40 1 260
Ukraynalıların yarıdan çoxu qısa müddətdə müharibədə qalib gələcəklərinə inanır
Ukraynalıların yarıdan çoxu (58%) ölkələrinin qısa müddətdə müharibədə qalib gələcəyinə inanır.

Bu, İlka Kuçeriva adına Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub.

Respondentlərin yalnız 5%-i qələbəyə şübhə edib.

Qeyd olunub ki, bütün yaş qruplarında Ukraynanın qələbəsinə inam üstünlük təşkil edir.

Qələbəyə inananların 6%-i yaxın bir neçə ayda, 21%-i 2024-cü ilin yayına qədər, 31%-i isə 1-2 ildən sonra zəfərin əldə olunacağına ümid edir. Onların 15%-i qarşıdakı 3-5 il ərzində qalibiyyətin təmin olunmasına inanır.

Sorğu iştirakçılarının 2,5 %-i isə düşünür ki, onlar öz sağlıqlarında zəfərin şahidi olmayacaqlar.

Həmçinin, respondentlərin 69%-i savaşın sonunda bütün məhbusların azad edilməsinə və deportasiya olunmuş ukraynalıların geri qaytarılmasına inanır.

Soğru iştirakçılarının 42 faizi rəsmi Kiyevin NATO-ya daxil olunacağını düşünür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.скачать dle 11.3
Mojo.az Banner