Mojo.az Banner
20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |     20:07 Hava ilə bağlı xəbərdarlıq - bu tarixdə güclü külək əsəcək  |     20:00 Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA  |     19:52 Məşhur şairin nəvəsinin əmlakına həbs qoyuldu  |     19:46 Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv  |     19:38 Tramp: Kanada dövlət deyil  |     19:30 Paşinyan: "Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"  |     19:21 Laçında regionun ən böyük məscidlərindən biri inşa olunur: DETALLAR - VİDEO  |     19:13 SOCAR-ın əməkdaşı ürəktutmadan öldü  |     19:05 Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi  |     18:56 “Tələbəlik illərinin yadda qalmasını arzulayıram”  |     18:44 Pensiya, təqaüd, sosial yardım alanları sevindirən xəbər - Bu gün....  |     18:38 Yevlaxın böyük bir ərazisinin qaz təchizatı dayandırılacaq  |     18:30 Bakıda mənzildə yanğın - 8 nəfər təxliyə edildi  |     18:25 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın - VİDEO  |     18:16 Qanunsuz odlu silah saxladı - Tutuldu  |     18:11 Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı  |     18:04 600-dən çox bal toplayan şəhid övladları bu universitetlərə qəbul oldular  |     17:59 Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO  |    
Left Banner
Right Banner

Alimlər çuğundur suyunun yeni faydalı xüsusiyyətini aşkar etdilər

21.12.2023 12:05 3 075
Alimlər çuğundur suyunun yeni faydalı xüsusiyyətini aşkar etdilər
London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda qan təzyiqini aşağı salır və əmək qabiliyyətini yaxşılaşdırır.

Araşdırmanın nəticələri “European Respiratory Journal” nəşrində dərc olunub.

Tədqiqatda XOAX-dan əziyyət çəkən 81 nəfər iştirak edib. Bu həyati təhlükə yaradan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişkinliyi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa bölüşdürülüb. Birinci qrupun iştirakçıları 12 ay ərzində gündəlik 70 millilitr konsentratlaşdırılmış çuğundur suyu qəbul ediblər, ikinci qrupun iştirakçılarında isə “platsebo” effekti yoxlanılıb.

Təcrübənin nəticələri göstərib ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla civə sütunu üzrə 4,5 millimetr azalıb. Həmçinin birinci qrupdan olan könüllülərdə dözümlülük və əmək qabiliyyəti göstəriciləri artıb - tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar əvvəlkindən daha çox məsafə qət edə biliblər.

Alimlər vurğulayıblar ki, çuğundur suyu XOAX müalicəsi üçün təhlükəsiz köməkçi vasitə kimi istifadə edilə bilər. Xüsusilə bu içki qan təzyiqini normallaşdırmaqla XOAX olan insanlarda ürək-damar sistemində ağırlaşmaların yaranması riskini azalda bilər.

Qeyd olunub ki, çuğundur suyunun orqanizmə təsirini dərindən öyrənmək üçün bir sıra əlavə tədqiqatlar aparmaq lazımdır.

Mənbə: gazeta.ru
скачать dle 11.3
Mojo.az Banner