Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Ucarda yağış suları evlərə dolub, sakinlərə külli miqdarda ziyan dəyib

13.12.2023 22:58 1 464
Ucarda yağış suları evlərə dolub, sakinlərə külli miqdarda ziyan dəyib
Ucar rayonunun Oğuz küçəsində yağış suları evlərə dolub.

Bu barədə sakinlər bildiriblər.
Onların sözlərinə görə, yağış suları damlardan evlərə dolur. Sakinlər bildiriblər ki, hələ bir neçə il əvvəl həyətyanı evlərin şiferləri qırmızı örtüklərlə (ondulin-red) əvəzlənib. Bir müddət sonra yeni örtüklər sıradan çıxıb.

İki gündür yağan yağışın suları damlardan evlərə dolaraq evlərə maddi zərər dəyib. “Günorta Günəş çıxanda örtük əriyir, yağış yağanda da həmin boşluqlardan su tavana tökülür. Artıq neçə ildir evə vanna, vedrə qoyuruq ki, su ora axsın. Evlərimiz rütubətlidir”.

Bizim evlərin əvvəlki şiferləri yaxşı vəziyyətdə idi. Problem yeni örtüklərdən sonra yarandı”, - sakin Sevda Musayeva bildirib.

Sakinlər bildirirlər ki, evlərin dam örtüklərinin şiferlə əvəzlənməsi lazımdır: “Bu isə xeyli miqdarda maddi vəsait tələb edir. Elə qonşularımız var, yağış sularının damması səbəbindən evləri yararsız vəziyyətə düşüb. Divar kağızları - oboylar qopub. Bunlar bir yana, elektrik naqilləri də islanır. Bu da bizim üçün təhlükəlidir”, - S.Musayeva qeyd edib.

“Biz 2007-ci ildən bu problemdən əziyyət çəkirik. Hər dəfə yağış suları evlərimizə dolur”, - başqa sakin şikayətlənib.

Sakinlər bildiriblər ki, onlar problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Lakin nəticəsi olmayıb. (Report)

Son xəbərlər