Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanın Dövlət Televiziyasında ümummilli lider Heydər Əliyev haqqında xüsusi reportaj yayımlanıb

13.12.2023 13:20 1 920
Pakistanın Dövlət Televiziyasında ümummilli lider Heydər Əliyev haqqında xüsusi reportaj yayımlanıb
Pakistanın Dövlət Televiziyasında (PTV World) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan xüsusi reportaj yayımlanıb.

“Report” xəbər verir ki, reportajda hər il dekabrın 12-də Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdiyi vurğulanıb.

Bildirilib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun vəfatından 20 il ötür.

Reportajda qeyd olunub ki, tarix onu nadir lider, qüdrətli dövlət başçısı, dövlət quruculuğunun çətin tarixi vəzifəsini öz çiyinlərinə götürməyi bacaran əfsanəvi şəxsiyyət kimi xatırlayır.

O da diqqətə çatdırılıb ki, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyin ideoloji zəmini kimi dünya azərbaycanlılarının həmrəyliyinə möhkəm zəmin yaradıb. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələr Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksəksürətli sosial-iqtisadi inkişaf təmin edilib, Azərbaycan beynəlxalq münasibətlərdə möhkəm mövqeyə malik ölkəyə çevrilib.скачать dle 11.3
Mojo.az Banner