Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb | 12:33 Bu ərazilərdə evlər bahalaşdı | 12:30 Küləkli hava şəraitində işləyənlərlə bağlı qanunda yenilik |
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub

05.12.2023 21:15 1 428
Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub
Şamaxıda sanitar-gigiyena qaydalarının pozulması halları ilə bağlı bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanmasını aşkar ediblər.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər