Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

Dünya “donur”: 100 ilin ən soyuq qışı

04.12.2023 21:16 1 494
Dünya “donur”: 100 ilin ən soyuq qışı
Hazırda Avropanın əksər ölkələrində anomal hava şəraiti hökm sürür.

Median.Az
axar.az-a istinadən xəbər verir ki, qar fırtınası Britaniya, Almaniya, Avstriya, İsveçrə və Çexiyada ictimai nəqliyyatın işinə əngəllər törədir, bir sıra iri hava limanı reysləri təxirə salmalı olub.

Britaniyada havanın temperaturu mənfi 12 dərəcədir.

Hətta Skandinaviyada noyabr ayı üçün rekord aşağı temperatur qeydə alınıb.

Güclü qar səbəbindən noyabrın 26-da Bolqarıstanda fövqəladə vəziyyət elan olunub.

Son bir neçə gündə Almaniya ərazisinin böyük hissəsinə qar yağıb. Bildirilir ki, bu, son 20 ildə ilk belə hadisədir. Həftə sonu Bavariya əyalətinin mərkəzi şəhəri Münhenə 40 santimetr qar yağıb. Alman mətbuatı yazıb ki, ötən əsrin 30-cu illərindən bəri Münhendə belə hal olmayıb. Şəhərin hava limanı bağlanıb, 760 reys təxirə salınıb və ya ləğv edilib.

Anomal hava şəraiti Rusiyada da özünü göstərir. Ötən həftə Rusiyanın Krım və Qara dəniz sahillərində baş verən güclü fırtına infrastruktura böyük ziyan vurub. Hazırda paytaxt Moskvada da dekabrın əvvəlinə xas olmayan soyuqlar qeydə alınıb. Moskvada - 6-15 dərəcə şaxta var. Meteoroloqların məlumatına görə, çərşənbə günündən etibarən havanın temperaturu bir az da aşağı düşəcək, cümə günü isə gündüz mənfi 11-16, gecə isə mənfi 17-22 dərəcə təşkil edəcək.

"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, Moskvadakı bu temperatur Sibir üçün xarakterikdir.

Ötən ayın sonu Türkiyədə də sel və fırtına baş verdi. Sinop, Konya, Ankara, Konya və Giresun şəhərlərində baş verən sel və fırtına zamanı hətta ölən və yaralananlar da oldu.скачать dle 11.3
Mojo.az Banner