Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil elanları saytında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO

30.11.2023 11:34 1 365
Avtomobil elanları saytında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər avtomobil elanları saytında nəqliyyat vasitəsi almaq üçün tanımadıqları şəxsə onlayn yolla beh göndərdiklərini və daha sonra onunla əlaqə saxlamağın mümkün olmadığını bildiriblər.

Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq edən Samux rayon sakini Azər Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, A.Əliyev avtomobil elanları saytında digər satıcılara məxsus avtomobillərin fotoşəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edib. Saxlanılan şəxs avtomobilləri almaq istəyən alıcılardan ilk öncə müxtəlif məbləğlərdə beh tələb edib, daha sonra isə guya etibarnamə vermək üçün onlardan şəxsiyyət vəsiqələrinin fotoşəkillərini istəyib. İz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələrindən istifadə edərək zərərçəkmişlərin adına onlayn ödəmə sistemlərində hesablar yaradıb və növbəti dəfə avtomobil almaq istəyən şəxslər də ilkin ödənişi məhz həmin hesablara göndəriblər. Alıcılardan beh aldıqdan sonra isə A.Əliyev telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

Azər Əliyevin digər vətəndaşlara qarşı da analoji əməllər törətdiyi istisna edilmir. Zərərçəkən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Vətəndaşlara isə bir daha tövsiyə olunur ki, elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.скачать dle 11.3
Mojo.az Banner