Mojo.az Banner
11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın radiomüraciətinə məhəl qoymayan erməni qadının peşmanlığı və etirafı - VİDEO

29.11.2023 12:58 2 601
Azərbaycanın radiomüraciətinə məhəl qoymayan erməni qadının peşmanlığı və etirafı - VİDEO
“Qarabağda, Xocalıda yaşayırdım. Düzünü desəm, orada da qalıb, yaşamaq istəyirdik. Hər gün Bakıdan radioda erməni dilində çağırış edirdilər ki, evlərimizi tərk etməyə ehtiyac yoxdur”.

Bu sözləri erməni sakini Gözəl Movsisyan videomüraciətində bildirib.

O, Bakıdan yayımlanan radioverilişlərdə erməni dilində çox səlis danışıldığını bildirib:

“Bildirirdilər ki, təlaşa düşmək lazım deyil və bizə çox yaxşı baxacaqlar. Deyirdilər ki, Azərbaycan pasportu alacağıq və bizim Azərbaycan xalqının digər nümayəndələri kimi hüquqlarımız olacaq. Ancaq bizə öz ermənilərimiz zəng edərək dərhal şəhəri tərk etmələrimizi tələb etdilər. Onlar bütün hərbi geyimləri, sənədləri, medalları, ərimizin, oğullarımızın şəkillərini yandırmağımız barədə xəbərdarlıq etdilər... Biz onların başına iş gələcəyindən qorxduq, ona görə hətta bıçaqları da yandırdıq. Gəlinimiz evimizi də yandırmaq istəyirdi, amma həyat yoldaşım qoymadı. Tanrının yardımı ilə Həkəri körpüsünə çatdıq. Orada çoxlu jurnalistlər var idi. Azərbaycanın sərhəd-keçid məntəqəsindən rahatlıqla keçdik və Ermənistana gəldik”.скачать dle 11.3
Mojo.az Banner