Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bacısını “Instagram”a görə qətlə yetirdi: Hadisə şahidləri danışdılar - YENİLƏNİB + VİDEO

27.11.2023 20:13 2 553
Bacısını “Instagram”a görə qətlə yetirdi: Hadisə şahidləri danışdılar - YENİLƏNİB + VİDEO
Gəncədə qardaş və bacı arasında dava faciə ilə bitib.

Şahidlərin sözlərinə görə, Ə.Allahverdizadə hadisədən sonra evi tərk etməyib və hüquq-mühafizə orqanlarına cinayəti törətdiyi alətlə birlikdə könüllü təslim olub:

“Bacı və qardaş ikisidə çox tərbiyyəli idilər. Qız hicablı, dindar, çox sakit idi. Anaları yox idi, onları nənələri böyüdüb”.

21 yaşlı Pəri Allahverdizadə 22 yaşlı Əli Allahverdizadə tərəfindən qətlə yetirilib. Hadisə şəhərin Şahsevənlər küçəsi 106 ünvanında yerləşən evdə qeydə alınıb.

Əli Allahverdizadə istintaqa ilkin ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, qardaş və bacı arasında mübahisənin qızın “Instagram” sosial şəbəkəsindən istifadə etməsinə görə başladığı bildirilib.

***

Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. O, WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olub.

***

Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.

APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

***

Gəncədə qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner