Mojo.az Banner
14:07 "Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi  |     13:59 Şəmkirdə bədbəxt hadisə baş verib  |     13:54 Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı  |     13:46 Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu  |     13:39 İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi  |     13:35 "Diş fırçalayarkən suyu boş yerə axıdırıq" - Deputat  |     13:31 Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb  |     13:26 Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO  |     13:20 Mağazalarda qıtlıq başladı – Bu məhsulun bahalaşa bilər  |     13:19 Ermənistanda çox sayda hərbçi zəhərləndi  |     13:13 "Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO  |     13:08 "Benzini üstümə tökdü..." - Ölümə səbəb olan şəxsin məhkəməsi  |     13:01 Ölən vətəndaşın pensiyası varisinə verilə bilər  |     12:57 Kirayə mənzillərin qiyməti bahalaşacaq - Bu tarixlərdə  |     12:51 Azərbaycanın bu şəhərində maaş Bakıdan yüksəkdir  |     12:48 Sabah hava necə olacaq?  |     12:43 Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı  |     12:30 Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib  |     12:25 P.Diddi Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər  |     12:22 Astarada dənizdə boğulan şəxs 5 UŞAQ ATASIDIR - Axtarışı davam etdirilir (Yenilənib)  |    
Left Banner
Right Banner

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb

23.11.2023 12:59 3 069
Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb
Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin bir çox vətəndaşı ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib. O, saxlanılaraq istintaqa təqdim edilib.

E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müraciət edə bilərlər.
скачать dle 11.3
Mojo.az Banner