Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistandan daha bir gediş: Rusiya ilə bağlı hər şeyə QADAĞA QOYULUR

16.11.2023 22:11 3 129
Ermənistandan daha bir gediş: Rusiya ilə bağlı hər şeyə QADAĞA QOYULUR
"Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rus dilində olan dərsliklərin ekspertizadan keçirilməsi zərurəti bəhanəsi ilə məktəblərə köçürülməsi prosesini dayandırıb".

Median.Az
publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya 50 mindən çox dərsliyin alınması və rus dilinin tədris olunduğu erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olub. Noyabrın 11-də bu dərsliklər respublikaya göndərilib.

"Mən böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb", - Vorobyev yazıb.

O əlavə edib ki, erməni həmkarları konkret dərsliklər tələb ediblər.

Noyabrın 15-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib ki, təşkilatın Minskdə keçiriləcək növbəti iclasına getməmək qərarına baxmayaraq, İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır.

Eyni zamanda, siyasətçi silah və sursat təchizatı üçün yeni tərəfdaşlar axtardığını etiraf edib və əvvəlkilərdən "inciməməyi" istəyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın siyasətini iki kresloda oturmaq cəhdi adlandırıb.

Son xəbərlər