Mojo.az Banner
19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |     19:39 Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb  |     19:30 Yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş imiş - AQTA  |     19:24 Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlandı  |     19:15 Zərdabda 1 tondan artıq xaş-xaş kolu məhv edildi  |     19:10 Mirzoyan bu il Azərbaycana gələ bilər - TƏHLİL  |     19:04 "Green card" almaq istəyənlərə bəd xəbər - 100 min dollar...  |     18:59 Tramp silah istehsalına 10 milyard dollarlıq yeni investisiya qoyur  |     18:50 Azərbaycanda 15 nəfərə professor elmi adı verilib  |     18:45 Yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı - Video  |     18:37 Ərdoğan bu videonu izləyib göz yaşlarını saxlaya bilmədi - Video  |     18:12 Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?  |     17:59 Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək  |     17:44 MN-in nüfuz alverində təqsirləndirilən vəzifəli şəxsi hakim qarşısında  |     17:36 Çində qayıqda partlayış: Azı yeddi nəfər öldü, xəsarət alanlar var  |     17:21 Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb  |     17:11 Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı  |     17:05 VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi  |     17:00 "Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər  |     16:43 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ  |    
Left Banner
Right Banner

Endirim, yoxsa fırıldaqçılıq?

11.11.2023 15:22 2 736
Endirim, yoxsa fırıldaqçılıq?
Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.

Əslində isə...

Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir.

Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.

“Endirim” sözü varsa, aldadılma faktı var

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib:

“Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır.

Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.

Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:

“Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.

Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar

“Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.

Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir:

“Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.скачать dle 11.3
Mojo.az Banner