Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib

03.11.2023 13:08 2 097
Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib
“Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik”.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib.

Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib:

“Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”.

Bugünkü tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhfəsini verəcəyini vurğulayan S.Japarov bu sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib:

“Dünyadakı geosiyasi durum qardaş türk xalqlarının iqtisadi potensialının artırılması üçün öz səylərini birləşdirməsini vacib edir”.скачать dle 11.3
Mojo.az Banner