Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzər dənizi səviyyəsinin ən çox qalxma və enmə tarixləri açıqlanıb

02.11.2023 19:13 1 167
Xəzər dənizi səviyyəsinin ən çox qalxma və enmə tarixləri açıqlanıb
"Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi ilə bağlı Milli Hidrometeorologiya Xidməti, AMEA və aidiyyəti elm və təhsil müəssislərində çoxsaylı tədqiqatlar, araşdırmalar aparılsa da, hələ ki kifayət qədər qeyri-müəyyənliklər qalmaqdadır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib.

O bildirib ki, çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll yollarının araşdırılmasıdır: "Müşahidələrimizin nəticələri göstərir ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində baş verən səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə 29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq 26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlanıb".

Xidmət rəisi vurğulayıb ki, ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib: "2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb. Hazırda Xəzər dənizinin səviyyəsi fəsilə uyğun olaraq Baltik sistemi ilə 28,79 metrə bərabərdir".скачать dle 11.3
Mojo.az Banner