Mojo.az Banner
20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |     18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

12.08.2024 18:50 834
Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir
"Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 12 avqust - "Xəzər günü" ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir:

"1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə - 25.2 metr qeydə alınıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər".

Nazim Mahmudovun sözlərinə görə, səviyyə tərəddüdü, eyni zamanda, qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bütün Xəzəryanı ölkələr tərəfindən bu prosesin öyrənilməsi, gələcək iqlim ssenarilərinin seçilməsi və uyğunlaşma tədbirlərinin işlənilməsi vacibdir:

"Eyni zamanda atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir", - deyə N.Mahmudov vurğulayıb.

O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır, müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar.

Xidmət rəisi diqqətə çatdırıb ki, bu sahədə regional və beynəlxalq əməkdaşlığa da xüsusi önəm verilir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner