Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Coğrafiya İnstitutu: “Xəzərin səviyyəsində enmə 2050-ci illərə qədər davam edəcək”

04.01.2021 22:35 975
Coğrafiya İnstitutu: “Xəzərin səviyyəsində enmə 2050-ci illərə qədər davam edəcək”
Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər Xəzər dənizi səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətinə gəliblər.

“Report”un məlumatına görə, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev məsələyə münasibət bildirib.

Alimin dediyinə görə, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan ondan təcrid olunmuş dəniz olduğundan səviyyəsinin mütəmadi olaraq dəyişməsi, yəni enib-qaxması təbii bir haldır:

“Dənizin səviyyəsi üzərində ilk insrtumental müşahidələr 1837- ci ildən Bakıda aparılmağa başlanılmışdır. Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib: 1929-1977-ci illərdə 3.0 metr aşağı düşmüş, 1978-1995-ci illərdə 2.5 metr qalxmış və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1.5 metr təşkil edir. Hal-hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28.05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınmış və dəyişmə amplitudu 4m təşkil edib”.

Alim bildirib ki, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3.5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir: 200-250 il müddətində səviyyə qalxır və bu müddət ərzində də enir. Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir.

“Qeyd etmək lazımdir ki, son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci lldə müşahidə olunmuşdur. Bu zaman səviyyənin orta illik qiyməti (-29.00 m) bu ilki (2020-ci il) qiymətindən 1.0 m az olmuşdur, yəni dənizin səviyyəsi hazırda 1.0 m aşağı enmişdir. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekoloji rejimində heç bir mühüm narahatedici hadisə baş verməyib.

Ümumiyyətlə, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir”.скачать dle 11.3
Mojo.az Banner