Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Sumqayıtda silahlı basqın edərək iki nəfəri öldürən şəxs evi partlatmaq istəyib - TƏFƏRRÜAT (YENİLƏNİB)

31.10.2023 17:24 1 461
Sumqayıtda silahlı basqın edərək iki nəfəri öldürən şəxs evi partlatmaq istəyib - TƏFƏRRÜAT (YENİLƏNİB)
Sumqayıt şəhərində baş vermiş silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müvfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar gizlədilən yerlərdən aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müvfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam edir.

“Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən qanunvericiliyinin tələblərinə riayət edilməsi və istintaq orqanı ilə dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”, - birgə məlumatda qeyd olunub.

* * * * *

Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölməsi və dörd nəfərin xəsarət almasında şübhəli bilinən Müşviq Tağıyev Sumqayıt Şəhər Məhkəməsinə gətirilib.


“Report”un məlumatına görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə M.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, qətl törətməkdə şübhəli bilinən şəxs dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Tağıyevin öldürülən şəxslərlə qonşu olduğu bildirilir.скачать dle 11.3
Mojo.az Banner