Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda evə silahlı basqın edən şəxslə bağlı DAHA BİR FAKT

30.10.2023 22:46 921
Sumqayıtda evə silahlı basqın edən şəxslə bağlı DAHA BİR FAKT
Sumqayıtda evə silahlı basqın edərək 2 nəfəri öldürüb, 4 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin üzərində məhkumluğu olub.

Median.Az
APA-ya istinadən bildirir ki, 02.06.2023-cü ildə Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Müşfiq Tağıyevə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq olunub.

Bundan əlavə, Müşfiq Tağıyev 22.07.2022-ci ildə Yaşıldərə bağlar ərazisində qonşusu Əli Məmmədovla su borusu üstündə dava edib və qonşusuna xəsarət yetirib. Faktla bağlı inzibati icraat başlanılıb. O, Sumqayıt şəhər məhkəməsinin müvafiq qərarı ilə 150 manat civarında cərimə olunub. Verilən müddətdə cəriməni ödəmədiyi üçün yenidən məhkəməyə çağırılaraq 19.10.2023-cü il tarixdə keçirilən açıq iclasda cəzası dəyişdirilərək 160 saat islah işləri ilə əvəz olunub.

Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner