Mojo.az Banner
21:06 Yol polisindən sürücülərə MÜRACİƏT  |     21:00 Hansı yollarda qırmızı işıqda keçmək olar? - Video  |     20:54 Azərbaycanda ev kirayələmək bahalaşdı: Aylıq orta qiymət min manatı keçdi  |     20:52 Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi  |     20:45 Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki  |     20:39 Borcunu tələb edəni vurdu, 1 il islah işlərinə məhkum edildi  |     20:32 Sərxoş halda maşın sürən Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi  |     20:27 28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)  |     20:21 Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı  |     20:14 Ehsan, yoxsa xeyriyyəçilik - Hansı daha çox savab qazandırır?  |     20:09 Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb  |     20:01 Bu bağçalara yeni müdirlər təyin olundu  |     19:56 Böyük Mərdəkan qəsrində çökmə oldu - Giriş məhdudlaşdırıldı  |     19:50 Xalq artisti vəfat etdi  |     19:42 Bu məhsulların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır - Video  |     19:37 TƏBİB-ə yeni mətbuat katibi təyin olundu  |     19:30 Şahin Şıxlinski və oğluna 32 il həbs cəzası verildi  |     19:25 2052.5 hektar ərazi minalardan təmizlənib  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 İrandakı müharibədə 278 uşaq həlak olub  |    
Left Banner
Right Banner

Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE

27.10.2023 18:56 1 038
Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədov vəzifəsindən azad edilib.

Arif Baloğlan oğlu Məmmədov1982-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirib.

2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülüb.

2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.

Sabiq sədr 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ilin mart ayından 2020-ci ilin aprelinə kimi Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində müşavir olub.

O həmçinin, 2020-ci ilin aprelindən 2021-ci ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

2021-ci ilin may ayında Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb.

Arif Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, bir övladı var.скачать dle 11.3
Mojo.az Banner