Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu rüsumlar LƏĞV EDİLDİ

25.10.2023 17:12 1 861
Azərbaycanda bu rüsumlar LƏĞV EDİLDİ
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 20 manat, 5 iş günü müddətində verilməsinə görə 10 manat, fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 10 manat, 5 iş günü müddətində verilməsinə görə 5 manat dövlət rüsumu tutulub.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər