Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar |
Mojo.az Avto
Mojo.az Avto

Milli Arxiv Fondu sənədlərinin sığorta fondu yaradılacaq

12.02.2020 21:45 2 639
Milli Arxiv Fondu sənədlərinin sığorta fondu yaradılacaq
Azərbaycanda Milli Arxiv Fondu sənədlərinin sığorta fondu yaradılacaq.

Bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqramda dövlət arxiv təşkilatlarının əsas istiqamətlər üzrə fəaliyyətinin avtomatlaşdırılması nəzərdə tutulub.

Belə ki, Milli Arxiv İdarəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə arxiv fondlarının elektron fond kataloqunun yaradılması, arxiv sənəd daşıyıcılarının mühafizəxanalarda yerləşdirilməsinə avtomatlaşdırılmış nəzarətin təşkili (elektron topoqrafik göstəricinin yaradılması), istifadə olunan arxiv fondu sənədlərinin elektron qeydiyyat sisteminin yaradılması, Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan təşkilatların elektron reyestrinin yaradılması, elektron arxiv məlumat bazasının və Milli arxiv fondu sənədlərinin sığorta fondunun yaradılması, kino-foto-fono sənədlər üzrə ixtisaslaşmışarxivlərin elmi-məlumat aparatı sisteminin (kataloqun) avtomatlaşdırılması, Milli arxiv fonduna məxsus nadir və xüsusi qiymətli sənədlər də daxil olmaqla, bütün növ sənədləri özündə əks etdirən Vahid elektron arxiv reyestrinin yaradılması tapşırılıb. (Report.az)

Son xəbərlər