Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Tehranda “3+3” formatında keçirlən iclasdan GÖZLƏNTİLƏR

23.10.2023 21:02 1 305
Tehranda “3+3” formatında keçirlən iclasdan GÖZLƏNTİLƏR
Azərbaycan Vətən müharibəsindən sonra əldə etdiyi qələbə ilə işğal altındakı torpaqlarının azad edilməsində əldə etdiyi uğurları regional sabitliyə çevirmək niyyətini açıq şəkildə nümayiş etdirdi.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

"Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin təklifi ilə regionda sabitliyi təmin etmək məqsədilə yaradılan platformaya üç regional ölkə (Azərbaycan, Gürcüstan və Ermənistan) və üç qonşu ölkənin (Türkiyə, Rusiya və İran) daxil olduğu regionda sabitliyin təmin edilməsi məqsədilə yaradılmış platforma həyata keçirilsə, regionun bir çox problemləri Qərbin müdaxiləsi olmadan həll edilə bilər. Bu platforma həyata keçirilsə, regionda sülhə və sabitliyə xidmət edəcək, çünki region ölkələrinin iştirakı ilə regional problemlərin həllinə kömək edəcək", - deyə o vurğulayıb.

M.Yüce həmçinin əlavə edib ki, Ermənistan bu platformanın hər iki iclasında iştirak edir, lakin etimad yaratmır.

"Çünki Ermənistan Azərbaycanın Qarabağ zəfərindən sonra stabil siyasət yürütmədi. Üçtərəfli bəyannamədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan Ermənistanın müxtəlif platformalarda həmişə sülhlə bağlı ifadə etdiyi siyasətin əksinə bir siyasət yürütdüyü görünür. Belə olan halda ya Ermənistan müstəqil qərar vermək qabiliyyətini itirib, ya da Ermənistan sülh tərəfdarı deyil, özünü sülhpərvər kimi qələmə verməklə dünya ictimai rəyini çaşdırır. Reallıqda hər iki vəziyyət Ermənistan üçün keçərlidir. Bu səbəbdən də Ermənistanın qeyri-sabit münasibəti ucbatından Tehranda keçirilən xarici işlər nazirlərinin toplantısında qəbul edilən qərarlardan ciddi gözləntilərin olması mümkün görünmür. Buna baxmayaraq, Rusiya və İranın bu platformaya müsbət münasibəti Ermənistana ciddi təzyiq göstərəcək", - deyə M.Yüce bildirib

Son xəbərlər