Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kafedra müdiri vəfat etdi - FOTO

20.10.2023 15:51 801
Azərbaycanda kafedra müdiri vəfat etdi - FOTO
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor Nazim Məcidov vəfat edib.

AZƏRTAC xəbər verir ki, akademiyanın müəllimi 68 yaşında dünyasını dəyişib.

Nazim Böyük-Ağa oğlu Məcidov 1955-ci ildə Bakı şəhərində anadan olub.

1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirib.

1989-cu ildə Moskva şəhərində Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığı elmi-tədqiqat istiqamətində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb.

1993-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona “dosent” elmi adı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “professor” elmi adı verilib.

Uşaq yaşlarından cüdo ilə məşğul olan N.Məcidov sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışlarının qalib və mükafatçısı olub. 1980-cı ildən SSRİ İdman ustasıdır. Məşqçilik fəaliyyətindəki uğurları dövlət tərəfindən yüksək qiymətləndirilib, 2001-ci ildə ona “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı, 2010-cu ildə isə Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2021-ci ildə isə “Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib.

Professor Nazim Məcidov 40 ildən artıq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışıb.

1979-1994-cü illərdə akademiyanın “Güləşmənin nəzəriyyəsi və metodikası” kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində, 1994-2006-cı illərdə “İdmanın təkmübarizlik növləri” fakültəsinin dekanı, 2006-2016-cı illərdə Elmi işlər üzrə prorektor, 2016-cı ildən bu günədək “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri vəzifəsində çalışıb.

Son illərdə akademiyada aparılan yenidənqurma işlərində fəal iştirak edib, “Onlayn Universitet” layihəsi çərçivəsində Akademiyada bütün kurslar üzrə imtahan-test suallarının hazırlanması komissiyasının və Azərbaycan Cüdo Federasiyasında məşqçilərin təkmilləşdirilməsi kurslarının rəhbəri olub.

100-dən çox elmi, elmi-metodiki əsərin, o cümlədən bir monoqrafiya, iki dərslik, altı metodiki vəsait, 20 tədris proqramının və çoxlu sayda elmi məqalələrin müəllifidir.

Bununla yanaşı, bədən tərbiyəsi və idman sahəsində gənc elmi kadrların yetişdirilməsində də əməyi böyük olub. Onun elmi rəhbərliyi altında 47 tələbə magistr dissertasiyası müdafiə edib.


Son xəbərlər