Mojo.az Banner
13:54 Bakıda mənzil qiymətləri daha da yüksələcək  |     13:46 Azərbaycan sərhədini pozmağa cəhd edən altı əcnəbi saxlanıldı  |     13:37 Əli Əhmədovun oğlu baş həkim təyin edildi  |     13:14 "Qarabağ"ın keçmiş futbolçusu 41 yaşında öldü  |     12:03 Gəncədə 36 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir  |     11:56 Onlayn alış-veriş edənlər üçün vacib yenilik: Məhsul sifariş edənləri nə gözləyir? (Video)  |     11:52 Ödənişli Şuşa yolu istifadəyə verildi - Video  |     11:51 Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi  |     11:44 Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto  |     11:42 Məşhur türkiyəli teleaparıcı Reha Muhtar vəfat etdi  |     11:41 Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı  |     11:39 Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO  |     11:37 Bu gün Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək  |     11:36 Bazar günü 51 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     11:34 Azərbaycan nefti ucuzlaşdı  |     11:30 Ağdaşda AĞIR QƏZA: Ölən var  |     11:28 Məşhur cizgi filmlərinin mahnılarını ifa edən MÜĞƏNNİ ÖLDÜ  |     11:19 "Instagram"da ciddi təhlükəsizlik boşluğu: "Meta AI" hesabların ələ keçirilməsinə səbəb olub  |     11:11 Bakda kafedə gecəyarısı dava: "Yanımda olan xanıma söz atdı, söyüşlə danışdı" - TƏFƏRRÜAT  |     23:00 Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər  |    
Left Banner
Right Banner

Prezident: “Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”

17.10.2023 15:23 1 446
Prezident: “Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”
“Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz hər zaman onlara (şəhidlərimizə - red.) borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Onların (şəhidlərin - red.) qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”, - deyən dövlətimizin başçısı xatırladıb ki, düşmən bütün yüksəklikləri götürmüşdü.

“Buradan istənilən istiqamətə getsən, görərsən ki, hər təpədə, demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də, dünya hərb tarixində olmayıb. Olubsa, qoy bizə desinlər, harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərib”, - Prezident deyib.скачать dle 11.3
Mojo.az Banner