Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi sürücülərdən tibbi arayış tələb edir? - VİDEO

29.10.2021 13:29 1 521
Yol polisi sürücülərdən tibbi arayış tələb edir? - VİDEO
Bakıda mağazalara çörəkdaşıyan avtomobillərin sürücülərindən sağlamlıq haqqında arayış tələb olunur.

“Xəzər Xəbər”in məlumatına görə, bu problemlə paytaxtda çörək istehsalı və çörəyin mağazalara çatdırılmasını təşkil edən sahibkar Söhrab Cabbarov üzləşib.

Çörək sexinin sahibi iddia edir ki, yol polisi çörəyin mağazalara çatdırmasına mane olur.

O deyir ki, son bir neçə gündür səhərin erkən saatlarında çörəyin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri yollarda müəyyən maneələrlə üzləşirlər.

Sürücülərin reysqabağı tibbi arayışları olmadığından sahibkar iddia edir ki, yol polisi onların çörəklə dolu olan avtomobillərini cərimə meydançasına aparır. Hətta belə hal bir neçə dəfə təkrarlandığından onlara maddi zərər də dəyib.

Söhrab Cabbarov deyir ki, bütün sürücülərin işə qəbulu zamanı onlardan tibbi arayış alınıb. Səhhəti normal olan sürücülər işə götürülüb. Qanunvericiliyə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə protokolu aidiyyəti üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərtib edə bilər.

Məsələyə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, sürücü bununla bağlı yol polis idarəsinə müraciət etsin, onun şikayəti qısa zamanda araşdırılacaq.

Mövzu ilə bağlı süjeti təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner