Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Sağlamlıq haqqında arayışların ödənişli olmasına aydınlıq gətirildi

21.04.2021 18:11 1 005
Sağlamlıq haqqında arayışların ödənişli olmasına aydınlıq gətirildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sağlamlıq haqqında arayışların verilməsinin ödənişli olması məsələsinə aydınlıq gətirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə yalnız 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir.

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arayışların qiymətini açıqlayıb.

"Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin (məsələn, psixoloq, narkoloq) müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrdən asılı olaraq müəyyənləşir”, - deyə məlumatda bildirilib.

Dövlət Agentliyindən sorğuya cavabda onu da qeyd ediblər ki, obliqat qruplara (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) aid vətəndaşlara arayışlar ödənişsizdir.скачать dle 11.3
Mojo.az Banner