Mojo.az Banner
23:00 "Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz" - Video  |     22:53 "3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə  |     22:46 Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - Video  |     22:41 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - Video  |     22:34 Daha bir "tiktoker" təhqirə görə həbs olundu  |     22:29 Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək  |     22:22 Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində ifadə verdi  |     22:15 Dördüncü kurs tələbəsi dünyasını dəyişdi  |     22:10 AzMİU-da yanğın olub? - Rəsmi açıqlama  |     22:02 Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar  |     21:57 Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı  |     21:49 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi  |     21:44 Attestatlar elektron formada təqdim olunacaq  |     21:36 Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI  |     21:31 Azərbaycanda gənc müəllim vəfat etdi  |     21:22 Bakının 4 rayonunda istinad divarları tikiləcək  |     21:17 Qohumlarına toy mərasimi üçün kömək edib, evinə qayıdan qadının hamamda meyiti tapıldı  |     21:10 Qotur göllə bağlı zəruri tədbirlər görüləcək  |     21:04 “3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - Video  |     20:55 Ermənistan suyu rusların boğazından keçmədi - Satışı qadağan edildi  |    
Left Banner
Right Banner

Şəhid anası: Məhəmməd ömür payını böyük amallar uğrunda qurban verdi

27.10.2021 22:16 849
Şəhid anası: Məhəmməd ömür payını böyük amallar uğrunda qurban verdi
"Şəhid qanı axmayan torpaqdan Vətən olmaz" deyiblər. Oğlum Məhəmməd, eləcə də minlərlə qəhrəman igidimiz uğrunda şəhidlik məqamına yüksəldikləri Vətəni yaşatdılar, onu daha da ucaltdılar.

Median.Az
xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin anası Miranə İsmayılova AZƏRTAC-a açıqlamasında bildirib.

Yeganə oğlunun 24 yaşında şəhidlik zirvəsinə ucaldığını vurğulayan Miranə İsmayılova deyib: "Onun böyük arzuları var idi. Məktəbdə yaxşı oxuyurdu, çalışqan və xasiyyətcə çox mülayim olduğundan hamı onun xətrini istəyirdi. İnsanlarla tez ünsiyyət qurmağı bacarırdı, mərhəmətli idi və hamıya kömək etməyi sanki özünə borc bilirdi. Onu zarafatla "ellər oğlu" deyə çağırırdım. Həmişə kiminsə köməyinə tələssə də, öz işlərini kimsəyə həvalə etməyi xoşlamazdı. Müharibə başlayanda Türkiyədə təhsilini yarımçıq qoyub orduya könüllü yazılanda və böyük ruh yüksəkliyi ilə cəbhəyə yola düşəndə simasındakı qürur hissini açıq-aydın görmək olurdu. Çox dözümlü və cəsarətli olduğunu müharibənin ən şiddətli vaxtlarında da nümayiş etdirirdi. Döyüş yoldaşlarının dediyinə görə, mənimlə telefonla danışdığı zaman atışma səslərini eşitməyim deyə qazdıqları quyunun içinə girər, telefonu torpağa qoyub, qulağını da telefona bərk-bərk sıxarmış. Amma ana ürəyi: odu-alovu hiss edirdim. Başa düşürdüm ki, o, heç vaxt arxaya çəkilməyəcək, həmişə öndə olmağa çalışacaq".

Məhəmməd şəhidliyi ilə ölümsüzlük qazandığını vurğulayan Miranə ana oğlunun öz ömür payını böyük amallar uğrunda - Vətən torpaqlarının azad edilməsi yolunda qurban verdiyini bildirib: "Onsuz yaşamaq çox çətin olsa da, oğlumun igidliyi, qəhrəmanlığı mənim üçün ən böyük təsəllidir. Oğlum Vətən torpağını yağı düşmənin tapdağından xilas etmək üçün gözünü belə qırpmadan düşmənin üzərinə getdi. Övlad itkisi müqayisə olunmayacaq dərəcədə ağır itki olsa belə, onların igidlikləri, cəsarəti sayəsində əldə edilən Qələbə biz şəhid analarına ən böyük təsəllidir".скачать dle 11.3
Mojo.az Banner