Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:53 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub  |     12:52 Suriyaya pullar hansı məqsədlə göndərilib? - DTX-nin həbs etdiyi şəxs ifadə verib  |     12:51 DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"  |     12:48 Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi qismən ləğv edildi  |     12:47 İsrail Hərbi Hava Qüvvələri İrandan buraxılan yeddi PUA-nı zərərsizləşdirib (Yenilənir)  |     12:43 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:38 İtaliya XİN: "29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib" - FOTO  |     12:37 Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı  |     12:36 Günəşdə güclü partlayış baş verib  |     12:35 UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq  |     12:34 Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi  |     12:33 "28 May" stansiyasında tələbə qatar yoluna düşdü  |     12:32 İranda terror aktları törətməyi planlaşdıran beş casus həbs edilib  |     12:31 Ermənistanda rusiyalı milyarder Samvel Karapetyan saxlanılıb  |     12:31 Kamran Əliyev İbrahim Ləmbəranskini işdən çıxardı - FOTO  |     12:29 Azərbaycanda icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə HÖKM OXUNDU  |     12:26 Çindən İrana sirli təyyarələr göndərilib  |     12:24 Quba, Qusar və Xaçmazda elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     12:24 Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər  |     12:23 Məşhur gözəllik proseduru korluğa səbəb ola bilər: ABŞ-li həkimdən xəbərdarlıq  |    

Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA

Sentyabrın 28-dən Sumqayıt şəhərində ictimai nəqliyyatda gedişhaqqının kartla ödənilməsinə başlanılıb. Sistem tətbiq ediləndən bu günə qədər marşrut avtobuslarında kartla ödənişdə problem yaranıb. Sərnişinlərə 2 manata satılan kartların balansı əsassız olaraq sıfırlanır, kartdan istifadə olunmadığı halda pul silinir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Sumqayıt Nəqliyyat" MMC-nin direktor müavini Tofiq Saiddinov faktı təsdiqləyib. Bildirib ki, sistem yeni olduğu üçün sərnişinlər bəzi problemlər yaşayır: "Bu sistem sentyabrın 28-də tətbiq edilib. İlk günlərdən problemlər yaranmağa başladı. Əsasən, kartyükləmə aparatlarında problemlər yaşandı. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Bunun üçün "Sumqayıt Nəqliyyat" MMC dayanacaqlarda nəzarətçilər təyin edib və həmin nəzarətçilərə sərnişin kartlarını yoxlamaq üçün xüsusi aparatlar paylanıb. Həmin aparat vasitəsilə kartlar yoxlanılır, silinmiş məbləğlər karta qaytarılır".

T.Saiddinov bildirib ki, yeni istifadəyə verilən kartda balans tam tükənməməlidir: "Əgər kartda balans tam bitərsə, o zaman kart koda düşür və ona təkrar balans artırmaq olmur. Çalışmaq lazımdır ki, kartda ən azı 20-40 qəpik balans həmişə qalsın ki, kartın balansını artıranda kart koda düşməsin".

Direktor müavini əlavə edib ki, hazırda Sumqayıtda 200 min kart satılıb: "Sumqayıtda 500 min əhali var. Onun 200 min nəfəri kart alıb. Problem yaranan sərnişin müfəttişlərə yaxınlaşaraq kartını yoxlatdıra bilər. Əgər həqiqətən də kartda problem varsa, dəymiş ziyan ödənilir və kart pulsuz dəyişdirilir. Müfəttişlərlə yanaşı, hazırda Sumqayıtda iki kart mərkəzi də yaradılıb. Sərnişinlər həmin mərkəzlərə də yaxınlaşmaqla problemi həll edə bilərlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            858 26.10.21 21:58